12 Ağustos 2010 Perşembe

Tutuqlanma Dalğası (VAGUE D’ARRESTATIONS)

Tutuqlanma Dalğası  (VAGUE D’ARRESTATIONS)


“Uluslararası Yazarlar-Qoşuqçular-Denəməcilər Dərnəyi” (Fransa Bölməsi)nə DÖRDÜNCÜ BİTİK (4. Məktub)*



Açıqlama


Sevgili yurtdaşlar!

Geçmiş günlərdə faşist “İran İslam” rejimi olduqca qapsamlı bir biçimdə, yazar-qoşuqçu-qazetəcilərimiz başda olmaq üzərə, Güney Azərbaycan ulusal çalışqanlarını tutuqevlərinə almaqla, gündən günə genişlənən aydınlanmacı-qurtuluşcu devinimizi önləməyə çalışır.

Men “Uluslararası Yazarlar-Qoşuqçular-Denəməcilər Dərnəyi” (Fransa Bölməsi) üyesi olaraq (Pen Club İnternational), tutsaq yazarlarımzın səsini uluslararası qamuoyuna yetirməyə görəvli olduğum üçün “Tutsaq Yazarlar Komitəsi” ilə yaxından ilişgidəyəm.

Dünən 2010cu ilin 6cı ayının 28də dördüncü bitiyi “Tutsaq Yazarlar Komitəsi” başqanı sayın Christian Deudon´a, ayrıca bütün uluslar arası insan haqları, özəlliklə bulunç (vicdan), anlatım (ifadə, bəyan), basın özgürlüyüylə doğrudan doğruya uğraşan qurumlara göndərdim.



Dördüncü Bitiyin Özəti (xulasəsi)



Bu bitikdə başlıca son günlərdə tutuqlanan yazar-qoşuqçu-qazetəcilərimizin olduqca dözülməz bir durumda olduqlarını vurqulayaraq, özəlliklə Səid Mətinpur ilə Əkbər Azad bəylərininin sağlıq durumlarının ağır olduğunun altını qoyucasına çizmişəm. Sözqonusu bitikdə ilkbaşda “İran”in Ekinöldürücü (Culturocide) bir ölkə olduğu, azınlıqda olan bir budunun (Fars etnikinin) böyük bir çoğunluğun dilini, ekinini... yox etməyə çalışdığını uluslararası qamuoyuna bildirimişəm.

Ayrıca bitikdə Uluslararası Qurumlara açıqcasına, “İran”da ara verilmədən pozulan “azınlıqlar”ın ən ilkin, doğal haqları uğrunda verdikləri dilsəl, ekinsəl, barışcıl savaşımda hansı yardımlarda bulunmuşsunuzdur?” deyə bir soru da sorulmuşdur.

Nə yazıq bu qurumların bir çoxu nədənsə Güney Azərbaycan adını çəkməkdən belə çəkinirlər.

Bitiyin sonunda uluslararası yetkilələrə: “Biz ancaq tutsaq yazar-qoşuqçu-qəzetəcilərimizin səslərini bütün Acuna (dünyaya) yaymaqdan - eşitməzlikdən gəlsəniz belə - vaz geçməyəcəyik.” Yazılır.

Bu dördüncü bitikdə tutsaq yazar-qoşuqçu-qəzetəcilərimizin hamısının adları çəkilmişdir. Bununla birlikdə 6cı ayın 23də “Evin Devrim Məhkəməsi”nə çağırılan Həsən Raşıdı, Əli Rıza Sərrafi, Mehdi Nəimi, Səid Muğanlı bəylərinin də tutuqlana biləcəklərini “Tustsaq Yazarlar Komitəsi”nə bildirdim.

***

Sonda, ilk gündən bəri mənə yardımda bulunan tüm yövüşdaşlar (qələmdaşlar)ım, özəlliklə Jeanne Gamonet xanımları, Christian Deudon, Vali Gözətən bəylərinə gönüldən sayqı sevgilərimi sunuram.



Yazar – Türkbilimci

U.Y.Q.D.D.nin Fransa bölməsi´nin üyəsi

Süleymanoğlu












* Bu bitiyin Fransızca Hörütü əklənir.

Hiç yorum yok:

Yorum Gönder

This website was created by Mrs Jeanne Gamonet, Süleymanoğlu, members of the French branch of International Pen-Club and Vali Gözeten, writer and poet from South Azerbaïdjan who lives in Germany.

Our aim wants to reveal to the largest possible number of men who are real supporters of Human Rights the living conditions of the writers, poets and journalists of South Azerbaïdjan, who suffer a very strong oppression from a religious form of government who is distinguished by its fundamentalism, its heavy violence, and the establishment of a real apartheid situation in Iran, which strikes all the minorities, even the more considerable from a numerical and intellectual. point of view.

İzleyiciler