12 Ağustos 2010 Perşembe

Kəsik Qulaqlar

                                                                     Ana dillərini qonuşduqları üçün “Katolik Kirallar”ın
                                                                     qulaqlarını kəsdirtmiş tüm Çingənələrə sunulur.
                                                                                                   Madame Jeanne Gamonet





Cerenade,də bir burc var

Sığır güdənlərin yaşadığı bir yer

Yorğun bir irmaq səssizcəsinə dolaşar burcun çevrəsinə

Bu burcun qocaman ayazlığında*

dul bir qadın gözəl gözlərlə gözlər:

Maure* sevgilisini.

Qızıl ipliklərlə işləmli bir arxalıq toxuyur o,

ara vermədən sevgilisinin gövdəsini düşünərək.
Yel bir sözcük bilə söyləmədi Gerenade,dən ayrılıdığından bəri
Soylu qara bir atın nallarının türkülərini duyacağını umur qadın:

Sarayları geriyə buraxmış o soylu qara at

əmbər çaxılları* yayardı çevrəyə törənlərdə...
“Dönəcəkmi geri Gerenade,yə?” deyə düşünür qadın

bir Septambr* ayının altınsı günbatışında.

“Dönəcəkmisəm mənə?” Hey “Yazğı Böləgi”!*
Güclü soluğunu içimdə saxlayıram sürəkli:

Məxməl ilə çəlikdən oluşmuş anılarını da.

Çevrəmi saran qızğın suların dalğalarından

daha ərkəksidir sənin səsin.
- Ağlama çılğın qadın!

Nitəkim gökdə də çıplaq sevgi sözləri dördnala qoşurlar:

Geri dönəcəkdir yatağının ipəyinə sarı.
Ansızın bir İspanyalı Çəri* tikilir önünə:

Ərköyün, görməz* fatih “Katolik Kirallar”ının tükəl qulluqçusu.

Dərin düşlərə dalmış qaraşın qadına doğru yürüyür ilgiylə.

- Nə üçün gizlətmişsən qıvrım qara tellərini, qulaqlarını?

Bənizinin tümünü göstər mənə qadın!

Kəndi özünü biz inanır* Katoliklərdən gizlədən bir inansızmısan yoxsa?
Saldırqan sayqısızca qadının örtüsünü çəkib başından alır Çəri.

Altın xaç boymağını görüncə:

- Nədən bu örtü? Söylə mənə!

Nə üçün gizlədirsən yıpardan* əsrükləşmiş qara tellərini*

Yaxınlaş! Sənin əfəndinəm mən indi. Andlos artıq bizimdir.

- Dinlə Çəri! Dedi qadın:

Örtümü geri ver, mənim əfəndim yoxdur.

Ayrıca inansız da deyləm.

Sevgilimə inanıram ancaq.

Yalnızca o mənə yaxınlaşa bilər.

Sən bir Çingənə ürəyində nələr olduğunu bilməzsən Çəri! Bilməzsən!
- Tanrım! Sənin qulaqlarına nə olmuş? Dedi Çəri,

qadının kəsik qulaqlarını

qıvrım qıvrım çağlayana saçlarının arasında görüncə.

Yoxsa bir büyücümüsən?

Bart* səni Əngiyisiyonumuzun yanar oduna tapşıraram səni.
- Bizi biz olduğumuz üçün cəzalandırırsınız.

Qulaqlarımızı kəsirsiniz.

Bir qıya* yapmadan,

bir iç çəkmədən bilə.

Biz sizin Xatınınızın buyruğu üzərə, evet!

Onun yasallaşmış buyruğuyla kəsilir qulaqlarımız.

Çingənə qalmaq istədikləri üçün qulaqları

kəsdirilməlidir Çingənələrin
Savaşdan yeni dönmüş Çəri bu buyruğu bilməzdı.

Bir qıya yapmamış Çingənələrə qarşı acımasız bu tutum, nədən?

Nədən onlar suçsuz cəzalandırılırlar:

Qulaqları kəsilir.

Onlar ancaq yalnızca sevgililərini gözlərlər qızıl ipliklə bir arxalığı toxuyaraq,

deyə düşündü Çəri.
- Gəl mənimlə qadın! Artıq kimsədən qorxmamalısan!

Qadın tələsik basamaqlara doğru qoşur.

Çəri onu izləyir.

İşdə ansızın gənç Maure görünür.

- Yurdumuzu çalan utanmaz gədə, dayan! Bağıraraq deyir.

Biz bir uyum içində yaşayırdıq hamımız, sizdən öncə:

Musluman, Yəhudi, Çingənələrlə birlikdə.

Baxırdıq ulduzların sayrışına,

gök yüzündə dolaşdıqlarına.

Sizin kəndəsını sayrıcasına bəyənmiş

başçılarınızın yıxım oruğunu toxumunu* əkmədən öncə.
Gənç Maure sarılır qadına özləmlə.

Yola qoyulurlar:

İrmaq ilə ulduzlar yoluna

Yasməmin yıparlarını izləyərək.

Ölümsüz gök yüzü onlara baxır:

Kəndi çocuqlarıymışcasına onları tanıyır, ağırlayır.
Musluman, Yəhudu, Çingənələrlə birlikdə - evet -

Hamısı bir qandan oluşmuş, bir qan qaynayır damarlarında.
Bilisiz solğun “Katolik Kırallar”ı sarsıtın!

Sarsıtın onları!

Bir də siz, titrək sizlər!:

“Yel Çocuqları”nın qutsal tüzələrini* unutanlar

(yel ilə ana torpağı bilməyənlər.)

Kişioğllarının arasında: Kimsə kimsədən üstün deyildir kəsinliklə:

Yalnızca Gökdür ən böyü TƏNQRİ!

Kəsilmiş qulaqlarıyla qara telli qaraşın Çingənə qadın:
Bir çiçək olaraq qalacaqdır sonsuzcasına.

Hiç yorum yok:

Yorum Gönder

This website was created by Mrs Jeanne Gamonet, Süleymanoğlu, members of the French branch of International Pen-Club and Vali Gözeten, writer and poet from South Azerbaïdjan who lives in Germany.

Our aim wants to reveal to the largest possible number of men who are real supporters of Human Rights the living conditions of the writers, poets and journalists of South Azerbaïdjan, who suffer a very strong oppression from a religious form of government who is distinguished by its fundamentalism, its heavy violence, and the establishment of a real apartheid situation in Iran, which strikes all the minorities, even the more considerable from a numerical and intellectual. point of view.

İzleyiciler