5 Kasım 2010 Cuma

Tutsaq Yazarlar(ımız)ı Unutmayalım!


Ecrivains Persécutés
15 novembre 2010 : journée mondiale des écrivains en prison
15 Novambr Uluslararası Tutsaq Yazarlar Günü

Tutsaq Yazarlar(ımız)ı Unutmayalım !

Sevgili Yurtdaşlar!
Bilindiyi üzərə; Novambr ayının on beşi Uluslararası PEN Dərnəyi (P. E. N club Internatıonal)nin girişimiylə, Tutsaq Yazarlar Günü olaraq adlandırılmışdır. Bu il də; Fransa PEN dərnəyi ilə l’Harmattan yayınevi’nin işbirliyiylə, Paris’in Le Lucernaire adlı görünç’ündə görkəmli bir “Gecə Göstərisi” (Soirée) düzənlənəcəkdir. Bu gecə göstərisinə çoq sayıda ünlü görünç (tiyatro) oyuncusu, çalğıçı, yazar, qoşuqçu, ayrıca Fransa PEN dərnəyinin başqanı sayın Sylvestre Clancier, 2000. ildə yazın (ədəbiyat) Nobel ödülünü qazanmış sürgün Çinli yazar, Gao Xingjians da qatılacaqdır.
Bu gecə göstərisi tutsaq yazarları anma, onların yaqınlarına tinsəl yülək (dəstək) olma, uluslararası dayanışma duyarlığını gücləndirmə, ayrıca PEN’in vazgeçilməz, ödün verilməz ana ilkəsi olan: basın, yayın, düşüncə ilə anlatım (ifadə) özgürlüyünü qoruyub savunma adına yapılır.

Mən Uluslararası P. E. N Dərnəyi (Fransa bölməsi)nin üyəsi olaraq, tutsaq Güney Azərbaycan yazarlarının olduqca çətin durumlarını “Tutsaq Yazarlar Komitəsi”nə, qapsamlı bir biçimdə bildirməyə çalışıram. Bundan başqa; yazar qoşuqçularımızı uluslararası qamuoyuna tanıtdırmaq üçün Vali Gözətən’lə birlikdə, kiçik bir çeviri öbəyi (guruhu) də oluşdurduq. Fransa PEN dərnəyinin üyəsi yazar, qoşuqçu, dilçi sayın Jeanne Gamonet’nin yardımıyla, bizə ulaşan qoşuqları Fransızcaya çevirdik. Bunlardan ikisi Fransa PEN dərnəyinin dərgisində yayımlandı.
15 Novambr Gecə Göstərisində də tutsaq yazar qoşuqçularımızı anma adıyla, Fransızcaya çevirdiyimiz qoşuqlardan bir neçəsi səsləndiriləcəkdir. Ayrıca bu Gecədə; sayın Jeanne Gamonet, Güney Azərbaycan üzərinə bir qonuşma da yapacaqdır.
Tutsaq yazarlar(ımız)ın tezliklə özgürlüyə qavuşması diləyiylə!
Yazar-qoşuqçu-Türkbilimci
Süleymanoğlu
Gecəmizə qatılmaq istəyən yurttaşlar öncədən yerayırtım (rezervasion) yapmalıdırlar:
Tel: 01 45 44 57 37
Adresse: 53 Notre-Dame-des-champs
Théâtre Le Lucernaire
Métro: Notre-Dame-des-champs / Vavin
Lundi le 15 Novembre à 20h

Hiç yorum yok:

Yorum Gönder

This website was created by Mrs Jeanne Gamonet, Süleymanoğlu, members of the French branch of International Pen-Club and Vali Gözeten, writer and poet from South Azerbaïdjan who lives in Germany.

Our aim wants to reveal to the largest possible number of men who are real supporters of Human Rights the living conditions of the writers, poets and journalists of South Azerbaïdjan, who suffer a very strong oppression from a religious form of government who is distinguished by its fundamentalism, its heavy violence, and the establishment of a real apartheid situation in Iran, which strikes all the minorities, even the more considerable from a numerical and intellectual. point of view.

İzleyiciler