16 Kasım 2010 Salı

15 Novambr Uluslararası Tutsaq Yayarlar günü Parisdə Qutlandı



PEN Clubun girişimiylə 15 Novambr “Uluslararası Tutsaq Yazarların Anma Günü” olaraq adlanmışdır.
Özət:
Bu il 60dan artıq ölkənin yazarlarının, uzutçularının (sənətçilərinin) qatılımı ilə eşsiz, görkəmli bir gecə göstərisi” düzənləndi.
Saat 20də Fransa PEN Club başqanı Sylevestre Clancir´in sözləriylə başlanan bu gecə göstərisinin birinci bölümü saat 22də sona ərdi.
İkinci bölümdə qatılımcılar başqa bir salona geçdilər. Orada qonuşma, görüşmələr saat 24də dək sürdü. İki saat boyunca sürən bu bölümdə isə, ölkəmiz Güney Azərbaycanı tanıtdırmaq üçün Fransızca yazdığımız 3 yarpaqdan oluşan bildiri dünyanın dörd bir bucağından qatılan ünlü yazar, qoşuqçular arasında paylandı. Ayrıca gecəyə qatılan Güney Azərbaycan yazar, aydınları Dr. Sədr, Maşalla Rəzmi, Süleymanoğlu... Güney Azərbaycan sorunlarını, özəlliklə Tutsaq yazarlarımızın durumlarını anlatmağa çalışdılar. Bu görüş, qonuşmalar Güney Azərbaycanı qatılımcılara tanıtdırmaq üçün olduqca başarılı, habelə etgili idi.

Birinci Bölümdə:
Birinci  bölümdə Başqan Sylevestre Clancir,in yapdığı giriş qonuşmasında iki kez Güney Azərbaycan sorunlarından danışaraq tutsaq yazarlarımızı dönə dönə anımsadı. İzləncə bir gecə göstərisi biçimində tasarlanmışdı (planlaşmışdı). İlk Görünçlüyə (səhnəyə) çıxan qocaman, ünlü Fransız oyuncu (aktor) sayın Rüfüs oldu. Oyuncu Görünclüyün ortasında durdu, çevrəsinə baxındı, uca bir səslə: “Mən yazar Əkbər Azadam! Dedi. Yeni bir oyuncu görünclüyə çıxıb: “Mənim Adım Səid Mətin Purdur!” dedi.
Böyləcə 7 oyuncu ardı ardınca görünclüyə çıxıb başda Güney Azərbaycanın tutsaq yazarlarının adı olmaq üzərə, Çində, Vietnamda, Bermada, Suriyədə... olan tutsaq yazarların adını çəkdilər. Sonra qoşuğun bütünü görüncsəl (tiyatrosal) bir biçimdə 7 oyuncuca birlikdə oxunuldu. Bilindiyi üzərə görünclənən bu olduqca ilginc qoşuq Güney Azərbaycan Qoşuqçusu Vali Gözətənin yazdığı, tutsaqlarımıza sunduğu bir qoşuq idi. Bu Qoşuğun Uluslararası bir gecədə yüzlər qoşuqun arasından seçilməsi, başlanqıcda görüncsəl bir biçimdə sunulması, çağdaş Güney Azərbaycanın yasaq qoşuğunun artıq Uluslararası bir düzəyə yüksəldiyinin açıq aydın göstərgəsidir.
Vali Gözətənin qoşuğundan sonra İbrahim bəy Rəşidi (Savalan)ın “Səndən bir Şəkil Diləmişdim” adlı qoşuğunun Fransızca çevirisi, yazar, oyuncu Cristin Dodon,ca gözəl bir göstəriylə görüncləndi. Bu gecədə muzik eşliyində göstəri biçimində çeşitli ölkələrdən otuzdan artıq qoşuq, yazı səsləndi. Türk dünyasından isə, Güneydən iki qoşuq, Nazim Hikmətdən iki qoşuq, Qazan Tatarlarından Nizameddin Akhmetov,dan bir qoşuq...
Bu gecəyə çox sayıda Uluslararası tanınmış yazar uzutçu qatılmışlardır. Örnəyin nobel ödülünü 2000ci ildə qazanan Gao Xingjian, Michel Bozdemir, Jeanne Gamonet, Sylevestre Clancir, Nedim Gürsel, habelə onlar ünlü yazar, qoşuqçu, uzutçu, Pen Club,un çeşitli ölkərdən gələn başqanları...

Hiç yorum yok:

Yorum Gönder

This website was created by Mrs Jeanne Gamonet, Süleymanoğlu, members of the French branch of International Pen-Club and Vali Gözeten, writer and poet from South Azerbaïdjan who lives in Germany.

Our aim wants to reveal to the largest possible number of men who are real supporters of Human Rights the living conditions of the writers, poets and journalists of South Azerbaïdjan, who suffer a very strong oppression from a religious form of government who is distinguished by its fundamentalism, its heavy violence, and the establishment of a real apartheid situation in Iran, which strikes all the minorities, even the more considerable from a numerical and intellectual. point of view.

İzleyiciler